Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Xan neftin tarifi 2 manat 20 qəpik artdı


2010-cu il yanvarın 1-dən Azərbaycanda xam neftin topdansatış qiyməti nəql tarifi daxil olmaqla 2 manat 20 qəpik artıb.

Artıma səbəb Tarif Şurasının 2009-cu il dekabrın 30-da çıxardığı qərardır. Şuranın qərarı ilə xam neftin topdansatış qiyməti 1 ton üçün 53 manat 60 qəpik (ƏDV-siz), nəqli tarifi isə 1 ton üçün 2 manat 60 qəpik (ƏDV-siz) səviyyəsində müəyyənləşib.

İndiyədək xam neftin topdansatış qiymətinə nəql tarifi də daxil idi və həmin ümumi qiymət 54 manat idi. İndi Tarif Şurası yeni qanunvericiliyə uyğun olaraq xam neftin topdansatış qiyməti ilə nəqli tarifini bir-birindən ayırıb.

İlk dəfədir xam neftin qiymətini Tarif Şurası təyin edir. İndiyədək bu qiyməti Nazirlər Kabineti tənzimləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG