Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37
Daha bir onilliyə qədəm qoyduq. Bəs görəsən bundan əvvəlki onilliklərin qəzetlərində Yeni il barədə nələr yazılıb?

«Kommunist» qəzetinin 1959– cu il 31 dekabr tarixi sayında Yeni illə bağlı nə təbrik, nə də hər hansı məqalə yer alır. Bu tarixdə dərc edilən bütün məqalələr təsərrüfat planlarının yerinə yetirilməsinə həsr edilib.

1969 – cu il dekabrın 31-də isə elə yuxarıda göstərilən qəzetdə Yeni illə bağlı geniş məqalə dərc edilib. Məqalədən bəzi yerləri diqqətinizə çatdırıram:

«1970–ci il günəşli Azərbaycan üçün əsl yüksəliş ili olacaqdır. Sabah təzə ildir. Yubiley ilinin birinci onilliyi başlanır. Sovet adamları xoşbəxtdirlər ki, yeddinci onilliyin birinci ili onların tərcümeyi–halına bayram ili kimi böyük zəfərlər ili kimi yazılacaqdır».

«Kommunist» qəzetinin 1979–cu il 31 dekabr sayında da yalnız bir məqalə yer alıb. «Bakı bayram axşamında» adlanan materialında oxuyuruq:

«Bakıda ətirli və rəngli Yeni il yolkaları qurulub. Bəzi yerlərdə artıq yolka ağacları ətrafında yallı getməyə başlamışlar».

«İNSANLIQ BORCU VƏ FƏLAKƏT»

Gəncənin adı özünə qayıdır…
«Kommunist» qəzetinin 1988–ci il 31 dekabr sayı kədərli notlarla yadda qalır. Eyni ildə Ermənistanın Leninakan rayonunda baş verən zəlzələdə zərərçəkmişlərə yardım məqsədilə Azərbaycandan yola çıxan İL-76 təyyarəsi qəzaya uğrayıb. Bu barədə

«İnsanlıq borcu və fəlakət» adlanan məqalədə bildirilir ki, 78 nəfər qəzada həyatını itirib. Onların içində çoxu azərbaycanlı olmaqla ləzgi, rus, erməni millətindən də nümayəndələr də varmış.

GƏNCƏNİN ADI ÖZÜNƏ QAYIDIR…


«Kommunist»in 1989–cu il dekabr sayı azərbaycanlılara - xüsusilə gəncəlilərə təbriklə başlayır:

«Kirovabad şəhər Xalq deputatlarının xahişini nəzərə alaraq və Azərbaycan SSRİ Konstitusiyasının dördüncü maddəsinə əsasən Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyəti qərara alır. Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın».

İLHAM ƏLİYEV ELÇİBƏY BARƏDƏ

On il əvvələ nəzər salmaq üçün «Azadlıq» qəzetini seçirəm. Qəzetin 1999 – cu il 31 dekabr sayında əvvəlki illərə nisbətən Yeni il təbrikləri çoxdur və qəzet rəngarəng məqalələri ilə seçilir.

Qəzetin ön səhifəsində Əbülfəz Elçibəyin təbriki məktubu dərc olunub. Amma artıq ikinci səhifədə yenə də Əbülfəz Elçibəylə bağlı təəccüb doğuracaq xəbərə var:

Elçibəyin həmrəylik müraciəti
«Dünən qəzet çapa hazırlanarkən redaksiyaya İlham Əliyevin «mətbuat üçün açıqlama» adlanan mövqeyi daxil oldu. Açıqlamanın belə gec və qeyri–adi tərzdə təqdim olunması motivləri kənarda qalmaqla yanaşı, onun ilginc məzmunu qarşısında heyrətlənməmək mümkün deyil:

«Mən müxalifəti arxivə göndərmək lazımdır deyəndə, heç də Elçibəyi nəzərdə tutmurdum. Çox nahaq yerə o, bunu özünə aid edib. Məncə, Elçibəyi sirkə göndərmək lazımdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG