Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Həmrəylik günü: niyə məhz 31 dekabr?


Azerbaijan-Sovet-iranian border. 31December1989. Azerbaijanies protest avctoin
Azerbaijan-Sovet-iranian border. 31December1989. Azerbaijanies protest avctoin

AzadlıqRadiosunun "İşdən sonra" proqramına qatılan Nemət Pənahlı və Sülhəddin Əkbər 1989-cu il dekabrın 31-də İranla sərhədlərin sökülməsi ideyasının yaranması və həyata keçirilməsi haqda danışırlar.

Nemət Pənahlı bildirdi ki, Azərbaycan Xalq Cəbhəsi rəhbərliyindəki radikal və liberal qanadların nümayəndələri arasında qızğın mübahisələr gedirdi. Bu ideyanı, Naxçıvan cəbhəçiləri dəstəklədilər.

Günün məhz 31 dekabr seçilməsi isə, onun dediklərinə görə, təsadüfi deyildi. Uzun illər Azərbaycanda qeyd olunan Yeni il şənliklərini əvəz edə biləcək ümumilli ənənə yaratmaq cəhdi idi.

Sülhəddin Əkbərin fikrincə 80-ci illərin sonunda yaranan hərəkat Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqillik qazanmasına yönəlmişdi, Şimali və Cənubi Azərbaycanın birləşməsi məqsədi gündəmdə deyildi.

Müzakirələrin gedişini aşağdakı fayllarda dinləyə bilərsiniz

XS
SM
MD
LG