Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:17

New Yorkdan Eynullaya dəstək gəlib


New Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevə qarşı yeni ittihamların irəli sürülməsini pisləyib: “Biz Azərbaycanın Penitensiar xidmətini və Qaradağ rayon polis idarəsini bu saxta ittihamları aradan qaldırmağa və ona narkotik atan şəxsləri cəzalandırmağa çağırırıq”.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Nina Oqniyanova onu da deyib ki, Azərbaycan hökumətinin öz tənqidçilərini susdurmaq üçün onların cibinə narkotik atmaq təcrübəsi var.

“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə həbs olunub. Onu terrora çağırış, milli ədavəti qızışdırma və vergi cinayətlərində ittiham edərək səkkiz il yarım müddətinə azadlıqdan məhrum ediblər. Sonuncu heroin ittihamını hakim haqlı bilsə, jurnalistin cəza müddəti bir neçə illiyə artırıla bilər.
XS
SM
MD
LG