Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03
2009-cu ilin dekabrın 31-dən 2010-cu il yanvarın 4-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.

Bu barədə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1 və 2 yanvar tarixləri rəsmi bayramdır (yanvarın 3-ü bazar günüdür). Yanvarın 2-si şənbə gününə düşdüyündən, növbəti həftənin bazar ertəsi – yanvarın 4-ü də qeyri-iş günü hesab olunacaq.

Xatırladaq ki, NK-nın digər qərarı ilə 2010-cu ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 9, 10 sentyabr Ramazan bayramı, 16, 17 noyabr Qurban bayramıdır. Həmin günlər də iş günü sayılmır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG