Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:38

ATƏT Eynulla Fətullayevə qarşı yeni ittihamı kəskin pisləyib


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı irəli sürülmüş yeni ittihamı kəskin pisləyib və bunun hakimiyyəti tənqid edənlərə qarşı növbəti təxribat olduğunu bildirib.

Mikloş Haraşti deyir ki, iki dəfə yüksək səviyyədə qorunan həmin həbsxanada Eynulla Fətullayevə baş çəkib və orda heroin tapılmasıyla bağlı ittiham ağılabatan deyil.

Haraşti qeyd edir ki, bu insident göstərir ki, Azərbaycanın hakim dairələri hələ də müxalif səsləri boğmaqda davam edir.

O sonda Azərbaycanın hakim dairələrini media azadlığıyla bağlı ATƏT-in öhtəliklərinə tam əməl etməyə çağırır.
XS
SM
MD
LG