Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33
Belorus prezidenti yazıçıları “qızıla tutmağa” hazırdır. Amma bunun üçün onlar əvvəlcə ortaya “keyfiyyətli mal” qoymalıdırlar.

Lukaşenko bu barədə dekabrın 30-da keçirdiyi mətbuat konfransında bildirib.

“Hamı bar-bar bağırır ki, dövlət kömək eləmir, dəstəkləmir.

Ortaya məhsul qoyun, mal qoyun. Mən bir dəfə demişdim ki, masaya “Hərb və sülh” qoysunlar – mən də pulunu verim.

Hanı “Hərb və sülh”? Heç olmasa “Oyanmiş torpaq” qoyun.

Hanı onlar? Pulu nəyə görə verək?”

Tolstoyun və Şoloxovun əsərlərini nümunə göstərən Lukaşenko üzünü jurnalistlərə tutub: “Siz məndən çox kitab oxumusuz. Bəlkə siz ad çəkəsiz.

Elə kitablar ki, insanlar onları almaq üçün dükanlarda növbəyə dururlar”.

Prezident yaradıcı adamları sovet vərdişlərindən əl çəkməyə çağırıb.

“Deyirlər ki, pul verin, biz də malımızı göstərək. Yoooox. Siz masaya mal qoyun, pulunu alın. Mən buna qarantiya verirəm”.

Həmçinin oxu!

"Lukaşenko haqda roman" satışdan yığışdırıldı

Günün bütün mövzuları

XS
SM
MD
LG