Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

Son onilliyinin ən unudulmaz kitabları…


Amerikanın nüfuzlu “Boston Globe” qəzeti son onilliyinin “ən unudulmaz kitabları”nın reytinqini tərtib edib. Qəzetin redaktoru Nicole Lamy yazır ki, ingilis yazıçısı Coan Roulinqin satış üzrə dünya rekordlarını qırmış “Harri Potter” romanı onların reytinqinə düşməyib.

“Mən sehrbaz oğlanın sərgüzəştləri haqda bütün kitabları oxudum, amma ümumi götürəndə gözümün qarşısında yalnız sehrbaz yarışmalarından və mürəkkəb məhlullardan ibarət “ilan-qurbağa” canlanır”.

“Boston Globe”un xronolji ardıcıllıqla tərtib etdiyi “onilliyin ən unudulmaz kitabları” sırasında türk yazarı Orxan Pamukun “Mənim adım qırmızı” romanı da var.

Nicole Lamy yazır ki, 16-cı əsrdə İstanbulda baş verən və bəzən ağac, sikkə, qırmızı mürəkkəb kimi qeyri-real surətlər tərəfindən nağıl edilən müəmmalı hadisələrdən bəhs edən kitab 2006-cı ildə Nobel mükafatını almamışdan qabaq Orxan Pamukun dühasına amerikan oxucusunun gözünü açıb. (“Mənim adım qırmızı” romanından bir parça oxu!)

Onluqdakı başqa əsərlər:

Zedi Smit - “Ağ dişlər’. 1975-ci il doğumlu ingilis yazıçısı Zedi Smitin bu romanı irqlər, siniflər və cinslər haqqındadır. 2000-ci ildə çap edilən roman bır sıra beynəlxalq mükafatlara da layiq görülüb.

Əsərdə 2-ci Dünya Müharibəsindən sonra Banqladeşdən Britaniyaya mühacirət edən Səməd Alsana adlı qızla evlənir.

Onların əkiz oğlanları dünyaya gəlir. Məcid və Millət. Səməd Britaniya həyatının təsirlərini təhlükə kimi görərək oğullarından biri – Məcidi 10 yaşında olarkən Banqladeşə göndərir.

Ata ümid edir ki, oğlu orda İslamı öyrənməklə “lazımi tərbiyə” almış olacaq.

Həmin vaxtdan əkizlərin həyatı başqa-başqa istiqamətlərə yönəlmiş olur.

Amma gözləntilərin əksinə olaraq Banqladeşə göndərilən oğlan ateistə çevrilir və həyatını elmə həsr edir.

Britaniyada qalan Millət isə əvvəl arvadbaz və içki düşkünü olsa da, sonradan qatı İslam təməlçisinə çevrilir…

Yazıçının anası əslən yamaykalı, atası isə britaniyalıdır.

“Boston Globe”un redaktorunun fikrincə, xanım yazıçının bu debüt romanının ən üstün cəhəti odur ki, o, bütün qəhrəmanlarına sevgiylə yanaşır.

Cumpa Lahiri - “Xəstəlik yozan”. Bu, valideynləri Hindistandan olan yazıçının debüt kitabıdır. (1999)

“Pulitser” və Hemenquey Fondunun mükafatlarına layiq görülən bu hekayələr toplusunun dünyada 15 milyon nüsxəsi satılıb.

Hekayələr hindlilər və hind əsilli amerikalılar haqqındadır.

Onlar öz xalqlarının və köçdükləri Amerikanın adət-ənənələri arasında qalıblar.

Yazıçı özü də vaxtilə valideynləri ilə birgə Amerikaya köçüb, Boston Universitetini bitirib.

Cumpa Lahiri onun ədəbi təxəllüsüdür, əsl adı isə Nilanyana Sudeşnadır. 1967 təvəllüdlüdür.

“Boston Globe” öz onluğuna aşağıdakı müəlliflərin əsərlərini də daxil edib.

Dave Eggersin - “A Heartbreaking Work of Staggering Genius’’,

Michael Chabon - “The Amazing Adventures of Kavalier & Clay’’,

Samantha Power - “A Problem From Hell: America and the Age of Genocide’’,

Edward P. Jones - “The Known World’’,

Marilynne Robinson - “Gilead’’,

Michael Pollan - “The Omnivore’s Dilemma: A Natural History of Four Meals’’,

Roberto Bolano - “2666’’
.

Həmçinin oxu!

«Washington Post» Orxan Pamuku «ilin ən yaxşısı» seçdi

Pamuk: "'Əgər Avropa xristian klubudursa..."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG