Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

Azərbaycan bloqqerlərə qarşı 10 ölkə siyahısında


Dünyada internet istifadəçilərinə qarşı kəskin tədbirlər görən 10 ölkədən biri də Azərbaycandır.

Bunu mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar Birliyi ilin yekunları ilə bağlı hazırladığı “Müharibə və mübahisəli seçkilər: Jurnalistlərlə bağlı ən təhlükəli əhvalatlar” adlı hesabatının internet istifadəçilərinə basqılar hissəsində deyir.

Hesabatda deyilir ki, Azərbaycanda iki bloqqer internetdə siyasi elitanı qəzəbləndirən video yerləşdirdikləri üçün təqribən iki il həbs cəzası alıblar.

Təşkilat bildirir ki, internet demokratiya uğrunda mübarizə üçün aparıcı qüvvəyə çevrildiyi üçün avtoritar rejimlər bloqqerləri həbs edirlər.

Haqqında bəhs olunan bloqqerlər Emin Milli və Adnan Hacızadədən gedir. Azərbaycan hakimiyyəti bir qayda olaraq bu bloqqerlərin siyasi motivlə həbs olunması iddiasını rədd edir.

Hesabata görə, bloqqerlərə qarşı kəskin tədbirlər görən başqa ölkələr Çin, İran, Tunis, Tailand, Səudiyyə Ərəbistanı, Vyetnam, Özbəkistan, Türkmənistan, Misirdir.

Sərhədsiz Reportyorlar bildirir ki, bu il jurnalistlər üçün işıqlandırılması ən çətin olan seçki İrandakı prezident seçkisi oldu.

XS
SM
MD
LG