Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:15

Ən böyük qaz yatağını Çinə verdi


Türkmənistan Cənubi Yolotan qaz yatağının istismarı üzrə beynəlxalq konsorsiumla 9,7 milyard dollarlıq müqavilə imzalayıb.

Cənubi Yolotan dünyanın ən böyük qaz yataqlarından biri sayılır və onun istismarı üçün Rusiya, Qərb və Çin şirkətləri mübarizə aparırdılar.

Müqaviləyə görə yatağı istismar edəcək konsorsium Çin, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətləri birləşdirir.

Müstəqil auditorların hesablamasına görə, Cənubi Yolotan yatağının altı trilyon kubmetr qaz ehtiyatı var və o, dünyanın 4-cü və ya 5-ci iri qaz yatağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG