Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00
Dekabrın 30-da Bakı Metropoliteninin «Azadlıq prospekti» stansiyası istifadəyə verildi. Prezident İlham Əliyev stansiyanın açılışında iştirak edib.

«Azadlıq prospekti» Bakı Metropolitenində ilk sütunsuz stansiyadır. Stansiyanın memarı Memarlar İttifaqının birinci katibi Elbəy Qasımzadədir.

Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.

1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında yeni «Nəsimi» stansiyası istifadəyə verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG