Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

Etirazçılar MSK-nın qarşısına yığışıblar (VİDEO)


Sabirabad rayonunun üç kəndinin Moranlı, Sərxanbəyli və Həşimbala kəndlərinin sakinləri bu gün saat 12 radələrində bələdiyyə seçkisinin nəticələrinə etiraz əlaməti olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına yığışıblar.

Onlar iddia edirlər ki, kənd icra nümayəndəsi seçkinin saxtalaşdırılmasına rəhbərlik edib və seçkilərdə icra başçısının qohumu qalib gəlib.


İştirakçılar AzadlıqRadiosuna deyiblər ki, seçki günü 10-cu və 11-ci məntəqələrdən seçki qutuları yoxa çıxıb, nəticələr elan olunmayıb, müşahidəçiləri məntəqədən qovublar, protokolların yekun variantına baxmağa namizədlərə icazə verilməyib.

Mərkəzi Seçki Komissiyası şikayətlərin araşdırılacağını deyib.

Şikayətçilər Respublika Prokurorluğuna gediblər.

Bir neçə əvvəl sakinlər Sabirabadın Moranlı kəndində etiraz aksiyası keçirmişdilər.


Həmin vaxt kənd icra nümayəndəsi Namid Qurbanov AzadlıqRadiosuna müsahibəsində ittihamları rədd etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG