Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

Naftalanda icra hakimiyyətinin günahı üzündən bələdiyə seçkiləri təkrar keçiriləcək


“Naftalan şəhərinin icra hakimiyyəti başçısı Musa Musayev 23 dekabr bələdiyyə seçkilərinin gedişinə kobud şəkildə müdaxilə edib”. Turan Agentliyinin xəbərinə görə, dekabrın 29-da MSK üzvü Tofiq Qasımov belə açıqlama verib Bələdiyyə seçkilərindəki pozuntular haqqında şikayətlərə baxılması ona tapşırılmışdı.

Qasımovun sözlərinə görə, dekabrın 23-də Musa Musayevin əməllərindən MSK-ya verilmiş şikayətlər, habelə foto və video materiallar araşdırılıb və tamamilə təsdiqini tapıb”. MSK katibi deyib ki, icra hakiminin əməlləri səsvermənin yekunlarına təsir edə bilərdi və bu rayonda seçkilər yenidən keçirilməlidir.

Eyni zamanda, Qasımov icra hakimiyyəti rəhbərinin öz əməllərinə görə məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı suala cavabdan yayınıb. O yalnız bildirib ki, bu məsələyə MSK-nın iclasında baxılacaq

Günün bütün mövzuları

XS
SM
MD
LG