Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:25

Çində son 50 ildə ilk dəfə


Briton Akmal Şeyx
Çin hökuməti son 50 ildə ilk dəfə olaraq Avropa vətəndaşına ölüm hökmü kəsib. 53 yaşlı, beş uşaq atası Akmal Şeyx Britaniya pasportu daşıyır, onu narkotik qaçaqmalçılığında ittiham edirlər.

Britaniya hökuməti və Şeyxin qohumları isə iddia edirlər ki, o, ruhi xəstə imiş.

Amma Çin tərəfi bildirir ki, təqdim olunan dəlillər Şeyxin ruhi xəstə olmasını təsdiqləmək üçün kifayət deyil.

Bütün müraciətlərə baxmayaraq, Şeyxi Urumçi həbsxanasında yüksək dozalı iynə vurub öldürüblər.

27 MİN NƏFƏRİN POTENSİAL QATİLİ?

Çin hökuməti bildirir ki, Şeyxin Tacikistana qaçaq yolla gətirdiyi dörd kiloqram heroin təqribən 27 min (26 min 800) nəfəri öldürməyə bəs edərmiş.

Şeyxi 2007-ci ilin sentyabrında Urumçudə həbs ediblər.

Dekabrın 28-də Britaniyanın xarici işlər naziri İvan Levis Şeyxin həyatı ilə bağlı sonuncu dəfə müraciət edib:

«Son iki ildə Şeyxin işi ilə bağlı baş nazir və xarici işlər nazirliyi səviyyəsində Çinə 27 dəfə müraciət etmişik, nəticəsi olmayıb. Amma bu sonuncu müraciətimdə də ümidim var ki, Çin hökuməti qəbul edəcək ki, ruhi xəstə adama ölümə məhkum etmək müasir dünyada məqsədəuyğun addım sayılmır».

«O, ÇİNƏ POP-STAR OLMAQ ÜÇÜN GƏLMİŞDİ»

Şeyxin qohumları və hüquq müdafiəçiləri deyirlər ki, onu silah qaçaqmalçılığı işinə sövq eləyən cinayətkar qrup olub.

Ölüm hökmünün dəyişdirilməsi komissiyası iddia edir ki, onlarda tibbi sübutlar var Şeyx Çinə pop-star olmaq xəyalı ilə gəlibmiş. Onlar hətta iki britaniyalını bununla bağlı şahid gətirirlər. Şahidlər deyirlər ki, Polşada Şeyxə musiqi yazdırmağa kömək ediblər, bu da onun ruhi xəstə olmasından xəbər verir.

Ölüm ərəfəsində Şeyxin iki nəfər qohumuna icazə veriblər ki, onunla həbsxanada görüşsün.

Ölümündən sonra onun ailəsinin adından bəyanat yayılıb. Ailəsi Çin hökumətinin qərarından təəssüfləndiyini bildirib.

Yerli Britaniya qeyri-hökuməti təşkilatının verdiyi məlumata görə, bu hadisəyə qədər Çində sonuncu dəfə edam olunan avropalı İtaliya vətəndaşı pilot Antonio Riva olub. Onu 50 il qabaq Mao Tszedun və başqa yüksək rütbəli kommunist liderlərinə qarşı sui-qəsd hazırlamaqda ittiham ediblər.
XS
SM
MD
LG