Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:16

Hökumət əleyhinə etirazlar "ürəkbulandırıcı tamaşadır"


İranda aşura mərasimləri vaxtı keçirilən hökumət əleyhinə nümayişlər Qərb dövlətləriin təşkil elədiyi “ürəkbulandırıcı tamaşadır” . İran prezidenti Mahmud Əhmədinejat İRNA Agentliyinə belə deyib. Prezident 8 nıfırin öldüyü hadisələrə görə birbaşa olaraq ABŞ və İsraili ittiham eləyib.

İranın Xarici İşlər Nazirliyindən isə bu gün bildirmişdilər ki, Britaniya səfirini olaylarla bağlı izahat vermək üçün nazirliyə çağırıblar.

Bu iddiaları təkzib edən Qərb dövlətləri İranı etirazçılara qarşı açırı güc tətbiq etməkdə ittiham edir.

Bazar günündən sonra toqquşmalara görə artıq 18 nəfər həbs olunub. Tutulanların arasında müxalifət lideri Mir Hüseyn Musəvinin 3 müşaviri, qaynı və Nobel mükafatı laureatı Şirin Ebadinin bacısı da həbs olunub.

İran Dövlət Televiziyasının verdiyi xəbərə görə, bu gün minlərlə İranlı ölkəboyu nümayişlər təşkil eləyib, müxalifət liderlərinin cəzalandırılmasını tələb eləyiblər.
XS
SM
MD
LG