Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56
Dövlət Neft Fondunun 10 illik yubileyi günündə - dekabrın 29-da Bakıda fondun yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.

Hündürlüyü 117 metr (mayakla birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaqla birgə 27 min kvadratmetr) olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Yeddi liftin quraşdırılacağı binada səsdən müdafiə və termal izoləni təmin edəcək ikifasadlı sistemdən istifadə olunacaq.

Layihədə yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə “Yaşıl Bina” (Green Building) kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulub. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək.

Fransanın İnter Art Etudes şirkətinin hazırladığı layihənin idarə edilməsi üzrə məsləhətçi ABŞ-ın “AECOM” şirkəti seçilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG