Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

İnternetdə havayı xəbər dövrü bitir?


10 illər boyu internetdə məlumat demək olar ki, havayı olub

10 illər boyu internetdə məlumat demək olar ki, havayı olub

10 illər boyu internetdə məlumat demək olar ki, havayı olub. Şəkillər, musiqi, kitablar, ən əsası isə xəbərlər. Ancaq, son dövlər öncə filmlər və musiqilər, sonrasa kitablar və şəkillərin də pulla satılmasına başlandı.

Dünyadakı maliyyə böhranı üzündən bir çox media orqanlarının reklamdan gələn gəlirlərinin azalmasıyla, qəzetlər və jurnallar xərclərini kompensasiya etmək üçün artıq oxuyucularının da ciblərinə göz dikiblər.

Əgər əvvəllər ancaq arxiv materiallarına görə, onlayn nəşrlər oxucudan ödəniş eləməsini istəyirdisə, son dövrlər «The Financial Times» və «Wall Street Journal» kimi nəşrlər də bəzi yazıların tam oxunmasına ancaq pulla icazə verirlər.

İndi isə, ABŞ-ın media maqnatı olan Rupert Murdoch eyni plan irəli sürür. Bu plana görə, cənab Murdoch yeni bir arama motoru hazırlamağı düşünür. Və özünün bütün qəzet, jurnal və televiziya məhsullarını ancaq bu arama motorlarında yerləşdirəcək. Daha Google və s. kimi pulsuz arama motorlarına düşməsinə imkan verilməyəcək. Bu yeni yaradılacaq arama motorundan istifadə isə pullu olacaq. Əvəzində burdakı TV, video, audio və mətnlərin istənilən kompyuter, telefon və başqa əlaqə vasitələriylə rahatca yüklənməsi imkanları yaradılmalıdır.

Hazırda Murdoch-un «News Corporation» şirkəti mümkün qədər daha çox media orqanını bu ideya altında birlşdirməyə çalışır və 2010-cu ildə ideya artıq reallığa çevrilə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG