Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

İki kişi bir-biri ilə rəsmən evlənib


Argentinada iki homoseksualın rəsmi nigahı olub. Bu, Latın Amerikasında eynicinslilər arasında ilk toydur. Mərasimdə diskriminasiya ilə mübarizə üzrə dövlət xidmətinin nümayəndəsi də iştirak edib və bunu tarixi hadisə adlandırıb.

Argentina konstitusiyasında nigahın məhz qadınla kişi arasında bağlanmasına dair xüsusi bənd yoxdur. Ona görə də, Uşuaya şəhər rəhbərliyi iki homoseksualın evlənməsinə xüsusi razılıq verib.

Hazırda Latın Amerikası ölkələrində eynicinslilərin nigahı qadağandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG