Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17

Moskva Gürcüstandan Rusiyaya uçuş təşkil etməyə razılaşıb


Moskva Gürcüstan Hava Yollarına ötən il avqust ayındakı müharibədən sonra ilk dəfə olaraq Rusiyaya uçuş etmək icazəsi verib. Rusiyanın nazirlik sözçüsü Timur Hikmətov «Röyters»ə deyib ki, Gürcüstan Hava Yollarına dekabrın 29-u və 30-da paytaxt Tbilisi ilə Moskva və Sank Peterburq arasında uçuş təşkil etmək icazəsi verilib. Mütəmadi uçuşların bərpası barədə isə heç bir razılıq yoxdur.

Gürcüstan Hava Yollarının nümayəndəsi isə «RİA-Novosti» informasiya agentliyinə deyib ki, şirkət yaxın günlərdə Tbilisi ilə Moskva və Sank Peterburq arasında uçuş təşkil edə bilməyəcək. Nümayəndə deyib ki, dekabrın 29-u və 30-na reys təşkil etməyi çatdırmır, uçuşun yanvar ayında olması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG