Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

Çində Britaniya vətəndaşı edam olundu


Çin Britaniya vətəndaşı olan Akmal Şeyxin ölüm hökmünün icrasını həyata keçirib. Baxmayaraq ki, Böyük Britaniya və BMT ölüm hökmünü ləğv etməyə çağırmışdı.

Akmal Şeyx narkotik maddə qaçaqmalçılığına görə cəzaya layiq görülüb. Şeyxın müdafiəçiləri onun ruhi probleminin olduğunu əsas gətirərək əfv olunmasını xahiş etmişdilər.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, 1951-ci ildən bu yana Çində avropalıya edam hökmü verilməyib.
XS
SM
MD
LG