Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

Barak Obama İranda həbs olunanları azad etməyi tələb edib


Amerika prezidenti Barak Obama İranın anti-hökumət nümayişlərində həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib. Dünənki çıxışında prezident azı 8 nəfərin ölümü ilə nəticələnən müxalifətin nümayişinin İran hökuməti tərəfindən yatırılmasını kəskin pisləyib. Obama öz hüquqlarını müdafiə edən İran xalqının cəsurluğunu və qətiyyətini alqışlayıb.

İranda müxalifətin nümayişinin dağıdılması bir çox digər qərb ölkələrinin də sərt reaksiyasına səbəb olub.

Bazar günü Tehran və İranın digər şəhərlərində müxalifətdən olan nümayişçilərlə polis arasında toqquşma olub. Bəzi mənbələrdə ölənlərin 8, bəzilərində isə 15 nəfər olduğu göstərilir. Ölkədə həmçinin azı 7 məşhur müxalifət fəalı həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG