Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:40

Qazaxıstan polisi jurnalistin ölümünün yeni təfərrüatlarını bildirib


Qazaxıstan polisi bildirir ki, Orta Asiya İnternet Xəbər portalına işləyən müstəqil jurnalisti Almatıda bıçaqlayıb-öldürüblər.
27 yaşlı Sayat Şulembayev Qırğızıstandakı Stan.tv video vebportalına işləyirdi.
Jurnalistin meyidini kirayə etdiyi mənzildə tapıblar, həmin mənzilin sahibini də öldürüblər.
Stan.tv-nin sahibi Mixail Pak deyib ki, jurnalistin ölümü onun işi ilə bağlı deyil.
Ancaq bir neçə gün bundan qabaq Almatıda başqa bir Qırğızıstan jurnalistini də öldürmüşdülər.
XS
SM
MD
LG