Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12

Rus Pravoslav Kilsəsinin ali qanunverici orqanı (Müqəddəs Sinod) ədəbiyyat sahəsində Patriarx mükafatı təsis edib.

Patriarx mükafatının əsasnaməsi hələ işlənib hazırlanmayıb, amma artıq məlumdur ki, mükafat yazarlara “Rusiyada mənəviyyatın inkişafında böyük xidmətlərinə görə” veriləcək.

Bu haqda “Moskovskiy komsomolets” qəzeti məlumat yayıb.

"Müasir yazıçıları Rusiyada insanların dini-mənəvi tərbiyəsinə xidmət edəcək əsərlər yaratmağa həvəsləndirmək üçün" belə bir mükafatı təsis etmək təşəbbüsü Rusiya patriarxı Kirildən gəlib.

Həmçinin oxu!

Tarixdə ilk dəfə olaraq elektron kitabların satışı kağız kitabları üstələyib

Mafiyanı "dəli eləyən" yazıçı

Günün bütün mövzuları

XS
SM
MD
LG