Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:51

İsrail Qüdsün şərqində yeni mənzillər tikməyi planlaşdırır


İsrail elan edib ki, Qüdsün şərqində 700-ə yaxın yeni yaşayış yeri tikməyi planlaşdırır. Həmin ərazi isə fələstinlilər tərəfindən gələcək paytaxt kimi təqdim olunur. İsrailin tikinti işlərinə məsul naziri deyib ki, yəhudilərlə üç tərəfdən qonşuluqda olan və minlərlə insanın məskunlaşdığı yeni mənzilləri bəyənib.

Amerikanın təzyiqi ilə İsrailin baş naziri Benjamin Netanyahu noyabrda elan etmişdi ki, qərb sahillərində yeni mənzillərin tikilməsi ilə bağlı layihələri 10 aylıq dondurur. Amma bu qərar Qüdsün şərqində tikintiyə şamil olunmayım.

İsrail bütün şəhərin onun paytaxtı olduğunu iddia edir. İsrail 1967-ci il müharibəsində Qüdsün şərqini zəbt edib.
XS
SM
MD
LG