Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:43

Müşfiq Hüseynov məhkəməyə müraciət edəcək


Müşfiq Hüseynov deyir ki, planı əvvəllər işlədiyi “Bizim yol” qəzetində yenidən işləməkdir

Müşfiq Hüseynov deyir ki, planı əvvəllər işlədiyi “Bizim yol” qəzetində yenidən işləməkdir

Əfv olunmuş jurnalist Müşfiq Hüseynov barəsində rüşvət alma ittihamı ilə çıxarılmış hökmün ləğv olunması məqsədilə məhkəməyə müraciət edəcək.

M. Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyib ki, o, özünü günahkar saymır və hökmün ləğv edilməsini istəyir.

“Bizim yol” qəzetinin müxbiri Müşfiq Hüseynov 2008-ci il yanvarın 21-də rüşvət alma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi, sonradan həbs müddəti 5 ilə qədər azaldılmışdı.

Jurnalist vərəm xəstəliyindən əziyyət çəkirdi, yaxınlarının onun ölümcül vəziyyətdə olduğunu bildirib azad olunması barədə son bir neçə ayda hakimiyyətə müraciət etmişdilər. Müşfiq Hüseynov özü 2008-ci ildə əfv olunması barədə əfv komissiyasına məktub yazmışdı.

Prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı əfv fərmanı ilə jurnalist azadlığa buraxılıb.

“VƏRƏM ÇÖPLƏRİ AŞKARLANMAYIB”

Müşfiq Hüseynov AzadlıqRadiosuna deyib ki, azadlığa çıxandan sonra müayinəyə gedib, bəlğəm analizinin nəticəsinə görə, onda müalicənin nəticəsində vərəm çöpləri aşkarlanmayıb və ətrafdakılar üçün daha təhlükəli deyil: “Amma ağciyərimdəki deşiklər hələ qalır, ciddi müalicə lazımdır”.

Müşfiq Hüseynov deyir ki, planı əvvəllər işlədiyi “Bizim yol” qəzetində yenidən işləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG