Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Sabirabadda seçkiyə qarşı etiraz aksiyası


Moranlı kəndində etiraz aksiyası

Moranlı kəndində etiraz aksiyası

Sabirabad rayonunun üç kəndində Moranlı, Sərxanbəyli və Həşimbala kəndlərinin sakinləri dekabrın 28-də gündüz saat 12 radələrində bələdiyyə seçkisinin nəticələrinə etiraz əlaməti olaraq kənd icra nümayəndəliyinin qarşısına yığışıblar. Onlar iddia edirlər ki, kənd icra nümayəndəsi seçkinin saxtalaşdırılmasına rəhbərlik edib.

İştirakçılar telefonla AzadlıqRadiosuna deyiblər ki, seçki günü 10-cu və 11-ci məntəqələrdən seçki qutuları yoxa çıxıb, nəticələr elan olunmayıb, müşahidəçiləri məntəqədən qovublar, protokolların yekun variantına baxmağa namizədlərə icazə verilməyib.

Kənd icra nümayəndəsi Namid Qurbanov AzadlıqRadiosuna deyib ki, bu ittihamların heç bir əsası yoxdur: “Mən icra nümayəndəsiyəm, mənim seçkiyə nə aidiyyətim var axı?! Bunu məni gözü götürməyənlər xüsusi təşkil ediblər”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sözçüsü Azər Sarıyev bildirib ki, MSK hələ ki, şikayətləri araşdırır.

Dekabrın 26-da Sabirabad rayonunun başqa bir kəndinin - Şəhriyar kəndinin sakinləri Bakıya gəlib MSK-nın binası qarşısında etiraz aksiyası keçirmişdilər, onlar da seçkinin saxtalaşdırıldığını iddia edirdilər.
XS
SM
MD
LG