Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:14

İranın müxalifət lideri nümayişçilərin öldürülməsini pisləyib VİDEO


İranın müxalifət lideri tərəfdarları ilə polis arasındakı qarşıdurmada nümayişçilərin öldürülməsini pisləyib. Müxalifyönlü internet saytındakı bəyanatında Mehdi Kərrubi hökumətin günahsız insanların qanını Aşura günündə tökməsini xüsusi qeyd edib.

Dövlət televiziyasının məlumatına görə, bazar günü Tehrandakı qarşıdurma zamanı səkkiz nəfər ölüb. Polis isə 300-dən çox adamın həbs olunduğunu deyir.

Müxalifyönlü internet saytların yazdığına görə, polis Tehranın mərkəzində nümayişçilərə atəş açıb. Məlumatlarda həmçinin qarşıdurmanın İsfahan, Nəcəfabad və Şiraz da daxil digər şəhərlərdə də yarandığı deyilir. Ölənlər arasında müxalifətin lideri Mir Hüseyn Musəvinin qardaşı oğlu da var.

Dövlət televiziyasının məlumatına görə, polis ölüm halları ilə əlaqəli olmasını inkar edib.

Müxalifyönlü internet saytlar müxalifətdən olan siyasətçi İbrahim Yəzdinin bu gün öz evində həbs olunduğunu da yazır. Bu məlumatı rəsmi mənbədən təsdiqləmək mümkün olmayıb.
XS
SM
MD
LG