Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:38

Roma papası kasıb və evsizlərlə birlikdə nahar edib


Roma papası 16-cı Benedikt ruhi pozğunluğu olması güman edilən qadının ona hücum etməsindən sonra ilk dəfə olaraq Vatikandan kənara çıxıb.

Gücləndirilmiş mühafizəyə malik Katolik kilsəsinin 82 yaşlı başçısı 150 kasıb və evsizlə birlikdə nahar edib. Məlumata görə, süfrə arxasında 16-cı Benediktin yanında əfqan və Rumıniyadan olan gənc ailə oturub.

Ötən həftə Müqəddəs Pyotr kilsəsində Milda bayramı qeyd olunan zaman 25 yaşlı qadın çəpəri aşaraq Roma papasının üstünə atılmaq istəyib. Hazırda həmin qadın pisixiatrik müayinədən keçirilir.
XS
SM
MD
LG