Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:56

Yanvarda Xorvatiyada prezident seçkisinin ikinci turu keçiriləcək


Xorvatiyada yanvarın 10-u prezident seçkisinin ikinci turu keçiriləcək. Dünənki səsvermənin nəticəsinə görə, ikinci tura müxalifətdən olan Sosial Demokrat partiyasının namizədi İvo İosipoviç və Zaqrebin meri Milan Bandiç çıxıb. Birinci turdan sonra İosipoviç 32 faizdən də çox, Bandiç isə 15 faizə yaxın səs toplayıb.

İkinci turun qalibi hazırki president Stefan Mesiçi əvəzləyəcək. Yeni prezidentin qarşısında ölkənin Avropa İttifaqına inteqrasiyası, iqtisadi böhranı aradan qaldırmaq və korrupsiya ilə mübarizə kimi vəzifələr durur.
XS
SM
MD
LG