Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30

Son məlumata görə, Tehranda 5 nümayişçi öldürülüb


Ən son məlumata görə, İranın paytaxtı Tehranda müxalifət tərəfdarları ilə polis arasındakı qarşıdurmada 5 nəfər ölüb. Rəsmi KİV-in məlumatına görə 300-ə yaxın nümayişçi həbs olunub. Ölənlər arasında müxalifətin lideri Mir Hüseyn Musəvinin qardaşı oğlu da var.

Müxalifyönlü internet saytlarında yazılanlara görə, qarşıdurma getdikcə kəskinləşir, polis nümayişçilərə qarşı gözyaşardan qazdan istifadə edir. Bu məlumatı təsdiqləmək mümkün olmayıb.

İranın digər şəhərlərində də qarışıqlığın olmasına dair məlumatlar var. Təbrizdə də qarşıdurma zamanı 4 nəfərin həlak olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG