Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Bələdiyyə seçkiləri heç bloqlarda da diqqət çəkmədi...


Nəhayət ki, uzun axtarışdan sonra bu dəfə bloqlarda gündəmlə səsləşən bir yazıya rast gəldim. Sanki Azərbaycanda dekabrın 23-də heç bələdiyyəyə seçkilər keçirilməyib. Avropalı müşahidəçilər demişkən “gözəgörünməz” seçkilər nəinki küçədə və telekanallarda, heç bloqlarda da diqqət çəkmədi...

Elnur Məcidli yazır ki, sayca üçüncü bələdiyyə seçkiləri, bir daha Azərbaycandakı sosial reallığı, siyasi saxtakarlığı üzə çıxardı. Reallığa bələd olmaq üçün bələdiyyə lazım deyil.
“Əhalinin böyük əksəriyyətinin əhəmiyyət belə vermədiyi bu seçkinin bu dərəcədə saxtalaşdırılmasını heç bir şeylə izah etmək mümkün deyil. İş o yerə çatıb ki, ölkə mətbuatı seçkidən bir neçə gün əvvəl artıq seçkinin nəticələrini yayınlayır...

Bu seçkilər ümumi göstəriciyə baxanda seçicilərin iştirakı baxımından ən aşağı səviyyəli seçki hesab etmək olar. Bunu xalqın seçkiləri boykot etməsi kimi də qiymətləndirmək mümkündür.
Seçki nəticələri saxtalaşdırılsa da seçkidə iştirak edən seçicilərin sayının (kifayət qədər) şişirdilməməsi, bələdiyyə seçkilərinin siyasi hakimiyyət üçün formal xarakter daşıdığını bir daha göz önünə sərir...”

***
İlqar Məmmədov təhsil aldığı məktəbdə bələdiyyə seçkiləri zamanı “karusel” əməliyyatının ifşa olunduğundan yazır.

***

LEYLA ƏLİYEVA : HAMINIZI GÖZƏL NAXÇIVANA DƏVƏT EDİRƏM

Azərbaycan diasporu yazır ki, Moskvada Naxçıvanın 85 illiyi qeyd olunub. Mərasimə qatılan rus tarixçisi Rudolf İvanov Naxçıvanın ayaqda qalaraq mübarizə aparmasında Türkiyənin əvəzsiz rolu olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun Rusiyadakı təmsilçisi, Azərbaycan prezidentinin qızı Leyla Əliyeva da çıxışında Naxçıvan torpaqlarında Azərbaycanın önəmli şəxsiyyətlərinin doğulduğunu qeyd edib və tədbir iştirakçılarını Naxçıvana dəvət edib.
***

GÜNEY AZƏRBAYCAN QADINI RUHDAN DÜŞMƏYİB

“Pəhləvi rejiminin hakimiyyət illərində Azərbaycan Türk qadını öz sosial yerini daha da itirdi” deyən Mən azərbaycanlıyam “İslam rejiminin qurulması ilə qadın haqları daha artıq aradan qalxdı” yazır: “Buna baxmayaraq Güney Azərbaycan türk qadını ruhdan düşməyib, həbsdən və ölümdən qorxmur və bugünkü azadlıq mübarizəsində iştirak edir. Mərkəzi pan-iranist rejim tərəfindən milli zülmə məruz qalan qadınların eyni zamanda patriarxal zülmlərdən də
qurtulmaları lazımdır”.

***
ŞAHA YALTAQLIĞIN NƏTTCƏSİ

Rza Pəhləvi şah yada düşmüşkən, Firudinin budəfəki postu da 1979-da İslam İnqilabı nəticəsində ölkəsindən qovulan İran şahının xanımı Fərəh Pəhləvinin memuarlarına həsr edib:

“Şahı müalicə edən yerli və xarici həkimlər müəyyən səbəblərdən xəstəliyi uzun zaman hamıdan, hətta pasientin özündən gizlədiblər. Bu barədə ümumiyyətlə cəmi 7-8 həkimin xəbəri varmış. Onlar bunun üçün şaha verilən Chlorambucil dərmanının adını da gizli saxlayıblar. Müalicə uğurla gedirmiş, amma bir dəfə həkimlər xəstəliyin yenidən şiddətləndiyini müşahidə ediblər...”

***
MOBİL OPERATORLAR HAQQINDA KİÇİK ARAŞDIRMA

Şapalaq adlı bloqçu Azərbaycanın mobil operatorlarına özünəməxsus qiymət qoyub. Bloqçu hesab edir ki, Azərbaycanın ilk mobil operatoru hazırda ən az nüfuza malikdir:

“Bunun da səbəbi çox rahat izah olunur. Ona gərə ki, Bakcel ucuz olmasına baxmayaraq müasir tələbatlara uyğunlaşa bilmir”.

***
AZƏRBAYCAN KANALLARINA BAXIRSINIZ?

Dərvişin hücrəsindən yazan bloqçunu heyrətə salan hakim Yeni Azərbaycan Partiyasının saytında yerləşdirilmiş məlumatdır.
Bloqçu inanmır ki, YAP-çıların əksəriyyəti AzTv-ə baxır.


“YAP-ın saytında istifadəçilər arasında sorğu keçirilir. Partiya üzvləri hansı yerli kanallara üstünlük verir. Sayt ya kələk gəlir, ya da partiya üzvləri intizamlıdır və partiya intizamını poza bilmir, buna görə sputnik və ya kabel televiziyalarına baxmırlar. 961 nəfərin 67 faizi darıxdırıcı, yaradıcı olmayan, köhnə və qeyri-azad AzTV-nin tamaşaçılarıdır”.

***
«BƏZİ ÖLKƏLƏR BİZİM TƏLƏBƏLƏRİN BAŞINI DƏYİŞİRLƏR»

Uçan xalçalar və qırıq xəttlər diyarından yazan bloqçu Təhsil naziri Misir Mərdanovdan sitat gərib. Yazır ki, əgər nazirlik azərbaycanlı tələbələrin xaricdə düşüncə tərzini dəyişməsindən narahatdırsa, Azərbaycanda təhsil sistemini yaxşılaşdırsınlar.

“Kimsə cənab Mərdanovu oyatmalı və izah etməlidir ki, əgər Azərbaycanda təhsil sistemi daha yaxşı olsaydı (bu o deməkdir ki, nazir və onun komandası mövcud sistemə daha çox can yandırır və sadəcə universitetlərə kompüterlər quraşdırmaqla kifayətlənmir, onsuz da onlarda elektrik yoxdur! ) xaricə daha az tələb olardı?”

***
“NAĞIL”IN SONU

Devrimsol son postunda Azəriblog-dan şikayətlənir və bildirir ki, “Azıriblog” admini yazıların sayğacını bərpa etməyənə qədər yeni yazı yazmayacaq. Hərçənd sonra da əlavə edir ki, bu adminin “vecinə də deyil”:

“Açığını deyirəm - Azərbaycan vətəndaşı azərini dolayanda buna bir təhəz dözmək olar. Ancaq indiki vəziyyət Azərbaycanı dolamaqdır. Azərbaycan “banan dövləti”dir. Daha qeyri-vətəndaşlar da bu cür edəndə, adam özünü lap bitki kimi hiss edir. Bu cür bloq istənilən mədəni dövlətdə çoxdan bağlanardı.. Görünür, biz doğurdan da “dözümlü xalq”ıq”.
***
REKLAMDA “KOPİRAYT” XƏTASI

Aftafa bloqunda bir reklam çarxında kobud kopirayt xətası buraxılmasından yazır və reklamçını Azərbaycan dili qaydalarını bilməməkdə suçlayır:

“Kopirayt “mütəxəssisi” azərbaycanlıdırsa və 4 sözü bir-birinə qoşmaq üçün Azərbaycan dilinin elementar qaydalarını bilmirsə bu vəzifədə necə işləyir?! Əgər xarici, rusdilli, türkdillidirsə, özünü bizim filoloq və ya kopirayterlərdən daha ağıllı hesab edir ki, onu reklama daxil etməzdən əvvəl müvafiq şəxslərlə müsləhətləşmir? Ola bilsin ki, Azərbaycan dilinə yatmayan bu şüar rus və ya türkdilli bir şəxs üçün çox da normal və “bomba” səslənir, amma reklam onlar üçün deyil – əhali üçün çəkilib!”.
***

Raufray “İrəli” İctimai Birliyinin 4 yaşını qeyd etməsindən yazır: “Artıq son 4 il ərzində İrəli içində olmuş insanlar və 4 il ərzində İrəliyə qoşulan insanların səsləri tək Azərbaycandan yox, Avropanın, ABŞ-ın, Rusiyanın müxtəlif şəhərlərindən gəlməyə başladı. Bunlar istər xaricə gedən gənclər, istər təhsil alan gənclər, istərsə də orada çalışan gənclər olsun...Bu gün İrəli cənab prezidentimiz İlham Əliyevin Azərbaycanda güclü insan kapitalının yaradılması, müasir və intellektual vətəndaş formalaşdırmaq, elmə əsaslanan cəmiyyət yaratmaq istiqamətindəki çağırışları istiqamətində əməli fəaliyyət görür”.

***
CONN LENNON AZƏRBAYCAN MARKASINDA PEYDA OLUB

Tommycus yazır ki, məşhur "Beatles" qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi Conn Lennon Azərbaycanın poçt markalarının üstündə peyda olub:


“Bu gün zarafat deyil, fəxr etdim ki, azərbaycanlıyam. Daha çox isə bu poçt markasını yaratmaq təşəbbüsünü irəli sürən naməlum poçt işçisi ilə fəxr edirəm.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG