Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:56

Allahşükür Paşazadə qanvermə aksiyasına qoşuldu


Hacı Allahşükür Paşazadə "Təzə Pir" məscidində təşkil edilən qanvermə aksiyasına qoşulub

Hacı Allahşükür Paşazadə "Təzə Pir" məscidində təşkil edilən qanvermə aksiyasına qoşulub

Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvası ilə paytaxt Bakının yeddi məscidində və Sumqayıt şəhərində qanvermə aksiyaları təşkil olunub. Səhər saat 8.00-da başlayan aksiyada xeyli sayda insan iştirak edib. "Əjdərbəy" və "Təzə Pir" məscidlərində isə növbələr yaranıb. Qan verənlər bu aksiyanı digər dini ayinlərdən daha üstün tutduqlarını deyiblər.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı, Hacı Allahşükür Paşazadə "Təzə Pir" məscidində təşkil edilən qanvermə aksiyasına qoşulub.

Qanvermə aksiyası axşam saat 18.00-ə qədər davam edəcək.

Mərkəzi Qan Bankından ANS PRESS-ə verilən məlumata görə, insanların sayı daha çox olacağı təqdirdə, qanvermə saat 20.00-dək uzadıla bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG