Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:43

Təyyarəni partlatmaq istəyən nigeriyalıya qarşı itiham irəli sürülüb


Birləşmiş Ştatlarda sərnişin təyyarəsini partlatmağa cəhd göstərən Nigeriya vətəndaşına qarşı rəsmi ittiham irəli sürülüb.

Müstəntiqlər deyir ki, 23 yaşlı Ömər Fərruq Abdulmütəllib Amsterdamdan Detroyta uçan sərnişin təyyarəsində güclü partlayıcı qurğunu alışdırmağa cəhd göstərsə də o sərnişinlər tərəfindən zərərsizləşdirilib.

Hazırda xəstəxanada olan nigeriyalı Əl Qaidəylə əlaqəsi olduğunu boynuna alıb.

ABŞ, Kanada, Avropa Birliyi və digər dünya ölkələri hadisədən sonra hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndiriblər.

BBC-nin məlumatın görə Ömər Fərrux Abdulmütəllbin atası hələ noyabrda oğlunun ekstremist baxışları barədə Nigeriyadakı ABŞ səfirliyinə məlumat versə də , bu dəlil onun adının qara siyahıya düşməsi üçün bəs etməyib.





XS
SM
MD
LG