Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:30

Məscidlərdə qanvermə aksiyası başlayıb


Mərkəzi Qan Bankının baş həkimi İlhamə Zeynalovanın ANS-ə verdiyi məlumata görə, 7 məscidlə yanaşı qan bankında da aksiya keçiriləcək.

Baş həkimin fikrincə, Aşura günü qanverən insanların sayı çox olduğundan, bu aksiyanı imamların 7 və 40 mərasimlərində də keçirmək olar.

Baş həkim deyir ki, qanvermə insan orqanizmi üçün faydalıdır. Onun sözlərinə görə, qanverən insanlar da ilkin müayinə zamanı həkim və laborantlardan hər hansı bir xəstəliklərini gizlətməməlidir.

Qeyd edək ki, 2008-ci ildə qanvermə aksiyasında 2558 nəfər iştirak edib. Bu il isə məscidlərdən qan bankına müraciətlər edilib və bildirilib ki, qan vermək istəyənlərin sayı çoxdur. Baş həkim əmin edir ki, yığılan qanlar ehtiyacı olanlara təmənnasız çatdırılacaq.

Artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüssü ilə ənənəvi qanvermə aksiyaları keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG