Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:17

Bu gün Aşuradır, ölkədə qanvermə aksiyası keçirilib


Bakıda Aşura günü. 27 dekabr 2009

Bakıda Aşura günü. 27 dekabr 2009

Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilib.

Hər il Aşura günündə olduğu kimi bu gün də Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüssü ilə ölkə ərazisində qanvermə aksiyası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

Bəzi bölgələrdə də aşura günü ilə bağlı dini mərasimlər keçirilib. Gəncənin İmamzadə kompleksinə (G-İmam türbəsi) yüzlərlə adam toplaşıb.



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG