Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:52

İsrail əsgərləri 6 fələstinlini öldürüb


Bu gün İsrail hərbçilərinin keçirdiyi 2 əməliyyat nəticəsində 6 fələstinli öldürülüb.

İsrail ordusunun məlumatına görə onlardan 3-ü Qəzzə bölməsindən İsrail ərazisinə keçməyə cəhd edərkən öldürülüb.

3 fələstinli isə İsrail ordusunun İordan çayının qərb sahilində Əl Aksa çəhidləri qrupuna qarşı keçirdiyi əməliyyat zamanı öldürülüb.

İsrail ordusu deyir ki, ötən cümə axşamı 4 yəhudi sakinin ölümünə görə cavabdehliyi bu qrup daşıyır.

Fələstin prezidenti Mahmud Abbas İsrail ordusunun hərəkətini pisləyib, bildirib ki, bu gərginliyi daha da artırır.
XS
SM
MD
LG