Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

İranda müxalifətlə polis arasında toqquşma olub


İranda müxalifətçi nümayişçilərlə polis arasında yeni toqquşmalar olması barədə məlumatlar gəlir.

İnformasiya agentlikləri yerli internet saytlarına istinadla xəbər verirlər ki, polis
dini bayram münasibətilə Tehranın mərkəzinə yığışmış kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edim ki, şiə müsəlmanları sabah Aşura gününü qeyd etməyə hazırlaşırlar.

Həmçinin şəhərin başqa rayonlarında toqquşmalar olduğu xəbər verilir.

Amma bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İranın hakim dairələri qərb jurnalistlərinin bu cür aksiyaları işıqlandırmasına qadağa qoyub.
XS
SM
MD
LG