Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43
Çində tanınmış demokratiya carçısı, ədəbi tənqidçi Liu Xiaobo 11 il müddətinə azadlıqdan məhrum edilib.

Üç saata qədər davam edən məhkəmədə onu “dövlətin gücünü zəiflətməyə təşviq etmək” ittihamı ilə məhkum ediblər.

Liu 1989-cu ildə Tiananmen Meydanında demokratiya tərəfdarlarının mitinqində fəallardan biridir. O, Çində fikir azadlığının, insan haqlarının, azad seçkilərin təmin edilməsini tələb edən manifestin müəllifidir.

Kiu Xiaobo keçən il həbs olunub. ABŞ, Avropa Birliyi onun azad edilməsinə çağırsa da Çinin kommunist hakimiyyəti bu çağırışlara məhəl qoymayıb.

Liu Xiaobo 2003-cü ildən Çində PEN Mərkəzinin rəhbəri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG