Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Gəncə sakini adi qrip virusuna yoluxubmuş


«Donuz qripi» olması ehtimal edilən Gəncə sakini adi qrip virusuna yoluxubmuş.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə gətirilmiş xəstə «donuz qripi» deyilmiş. Şöbənin baş həkimi Könül Ələkbərovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, dünən paytxatdakı laborator mərkəzə göndərilən analizin nəticələri təxminən bir saat bundan əvvəl məlum olub:

«Laborator müayinənin nəticəsinə görə, xəstəyə adi qrip virusunun sonrakı mərhələsi olan ikitərəfli pnevmaniya diaqnozu verilib. Dünən reanimasiyaya gətirilən Gəncə şəhər sakini hələlik süni tənəffüs aparatına qoşuldu. Lakin pnemaniyaya qarşı edilən müalicə effekt verirr və nisbətən vəziyyəti yaxşıdır».

Könül Ələkbərova onu da bildirdi ki, xəstənin ailə üzvləri də təxminən 10 gün əvvəl qrip olub və sağalıblar. Lakin xəstə şəkərli diabet olduğundan immuniteti zəif olub və qrip ağır formaya çevrilib.
XS
SM
MD
LG