Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:12

Məhkumluqlarını başa vurmamış təkrar məhkum edildilər


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara hökm oxunub. Məhkəmənin hökmü ilə Həbibulla Həbibullayev 14, Emin Hüseynov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu şəxslər cəza çəkdikləri müəssisədə dustaq yoldaşları 21 yaşlı Elvin Həsənovu qətlə yetirməkdə təqsirləndiriliblər.

Hər iki məhkuma qarşı xüsusi amansızlıqla adam öldürmə, cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma kimi ittihamlar irəli sürülüb. Onlar ifadələrində məhkum yoldaşlarını şəxsi münasibət zəminində öldürdüklərini göstəriblər.

Emin Hüseynov seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilərək 6 il, Həbibulla Həbibullayev isə oğurluqda, soyğunçuluqda, narkotik vasitələrdən istifadədə təqsirləndirilərək 7 il, qətlə yetirilmiş Elvin Həsənov isə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqda təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilərək cəza çəkirdilər.
XS
SM
MD
LG