Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:45

Prokuror Prezident Administrasiyasının dəftərxana işçisinə 11 il həbs cəzası istəyir


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Prezident Administrasiyasının dəftərxana işçisi Sücayət Məmmədovanın məhkəməsi keçirilir. O, Bakı şəhər sakinləri Rauf Dadaşovla və Vaqif Şahbazovla birlikdə mühakimə olunur.

İttihama görə, “Nəcibə” tikinti şirkətinin rəhbəri bina tikintisinə yer almaq üçün İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə rüşvət vermək istəyib. Tanışı Rauf Dadaşov onu Prezident Aparatında işləyən Sücayət Məmmədova ilə tanış edib. Sücayət Məmmədova İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə çıxışı olduğunu deyərək rüşvəti ünvana çatdırmasını üzərinə götürüb.

«Nəcibə» MMC-nin rəhbəri Sücayət Məmmədovaya 350 min dollar verib ki, onu rüşvət qismində İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə çatdırsın. Ancaq Sücayət Məmmədova ilə Rauf Dadaşov pulları mənimsəyib.

Məhkəmə prosesində çıxış edən prokuror ittihamların məhkəmə yolu ilə sübuta yetirildiyini söyləyib. Məhkəmədən Rauf Dadaşovun 12, Vaqif Şahbazovun 8 il, Sücayət Məmmədovanın isə 11 il müddətinə azadlıqdan məhrum olunmasına dair hökm çıxarılmasını xahiş edib.
XS
SM
MD
LG