Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:27

Milli Məclis Avropa Parlamentinin qətnaməsini pislədi


Milli Məclis
Milli Məclis
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanı Dağlıq Qarabağ məsələsində güzəştə getməyə vadar etmək üçündür. Milli Məclisin dekabrın 25-də keçirilən iclasında spiker Oqtay Əsədov belə deyib.

Avropa Parlamentinin qərarı «ədalətsizliyin zirvəsidir» - bunu isə vitse-spiker Valeh Ələsgərov deyib.

Avropa Parlamentinin «Azərbaycanda ifadə azadlığı haqqında» qətnaməsində söz və ifadə azadlığına dair vəziyyət tənqid olunub. Avropa Parlamenti KİV azadlığının pisləşməsindən narahatlığını bildirərək Azərbaycanda həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib.

V.Ələsgərov bu qətnamədən söz açarkən deyib ki, indiyə qədər Azərbaycana qarşı bir sıra qətnamələr qəbul olunub. O, ABŞ Konqresinin «Azadlıq aktı»na etdiyi 907-ci düzəlişi xatırladıb və bunu ədalətsizliyin zirvəsi adlandırıb.

V.Ələsgərov bildirib ki, Avropa Parlamenti qoy bir dəfə də qaçqın, məcburi köçkün düşmüş insanları yada salsın, onların hüquqlarının qorunmasına dair qətnamə qəbul etsin: «Kimlərinsə həbsdən dərhal azad olunmasına, hansısa yayım şirkətini bərpa etməyə çağırırlar. İsrarlı çağırışlar azərbaycanlıların haqq-hüququna aid olsaydı, buna başqa cür yanaşmaq olardı. Ona görə də biz bu qətnaməyə cavab verməliyik, öz iradımızı bildirməliyik».

Digər deputatlar Rövşən Rzayev, Səməd Seyidov, Fuad Muradov da məsələyə münasibətlərini bildiriblər.

Səməd Seyidov Azərbaycanı istəyən və istəməyən qüvvələrin artıq aktivləşdiyini bildirib. «Avropa Parlamentinin bu qərəzli və qeyri-obyektiv sənədinə reaksiya verilməlidir».

Milli Məclis Avropa Parlamentinə müraciət hazırlamaq üçün komissiya yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG