Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:08

Vasili Aksyonov: barakdan başlayan həqiqət axtarışı


Vasili Aksyonov 1932-ci il avqustun 20-də Kazanda partiya işçisi ailəsində doğulub.

Atası- Aksyonov Pavel Vasilyeviçdir (1899-cu il doğumlu).

Anası – Qinzburq Yevqeniya Semyonovna (1904-cü il doğumlu) stalin düşərgələri haqda məşhur memuarların, o cümlədən “Krutoy marşrut” kitabının müəllifidir.

1930-cu illərin sonlarında V. Aksyonovun valideynləri repressiya olunub. Yazıçı deyir ki, düyanın gəlişini-gedişini Maqadanda anlayıb, 16 yaşında olarkən sürgündə olan anasının yanına gəlib.

İnanılmaz olsa da, Maqadan öz azadlığı ilə onu heyran edib: barakda axşamlar «məclis» qurulardı.

“Keçmiş düşərgə ziyalılarının” kampaniyasında Vasilinin inyidə kimi eşitmədiyi məsələlər barədə danışılardı. Gələcək yazıçını müzakirə olunan məsələlərin, insan taleyi barədə mühakimələrin genişliyi sarsıtmışdı.

İncəsənətdə öz yoluna V. Aksyonov o zamankı sovet reallıqlarına skeptik yanaşan gəncliyin təsviri ilə başladı. Gənclik üçün o vaxtlar nihilizm, kor-təbii azadlıq hissi, qərb musiqisi və ədəbiyyatına maraq – bir sözlə qəbul olunmuş mənəvi oriyentirlərə zidd şeylər xas idi.

Bu vaxt V. Aksyonov “Yunovst” jurnalının ən çox çap olunan və oxunan müəlliflərindən birinə çevrilir. Bir neçə il jurnalın redaksiya heyətinin üzvü olur.

1960-cı illərin ortalarında Aksyonovun nəsrlərində fəlsəfi düşüncələr üstünlük təşkil edir. O, “mülayimləşmə” dövrünün uğursuzluqları barədə düşünür.

Çünki o, ümidini məhz “mülayimləşməyə”yə bağlamışdı.

Aksyonov SSRİ-nin "can verən" vaxtı Moskvada çıxış edir. 18 noyabr 1989
Yazıçının əsərləri, onların “mülayimləşmə” dövrünün problemlərinə toxunması, xüsusən də əbədi problem olan nəsillər arasında münaqişə, o dövrün gəncliyinin ölkənin totalitar keçmişindən imtina etmək istəyinə həsr olunması ədəbi tənqiddə coşqun polemikalara və senzuranın yazıçıya qarşı hücumlarına rəvac verdi.

Yazıçının yaradıcılığının həmin dövründə SSRİ –də çap olunan əsərləri arasında bunlar da var – “Katapulta” (1966) və “Na polputi k Lune” (1967) hekayələr toplusu, “Lyubov k elektriçestvu” (1969), “Moy deduşka - pamyatnik” (1970), “Sunduçok, v kotorom çto-to stuçit” (1973), “V poiskax janra” (1977) romanları.

Həmin dövrdə Aksyonovun yazdığı əsərlərin bir hissəsi senzuradan keçməyərək çap edilməyib.

Onlar arasında “Stalnaya ptiça” və “Zolotaya naşa Jelezka” romanları da var. Sonradan onlar xaricdə, yazıçı mühacirətdə olarkən əşr olunub.

1968-ci ildə «Zatovarennaya boçkotara» povestinin çıxması yazıçının estetik axtarışlarının dəyişməsinə dəlalət edir.

Yazıçının öz dili ilə desək indi o, “total satira”ya keçir. Povestdə dünyanın mənasızlığı üzə çıxır, bu dünyada V.Aksyonovun “sürrealist cisim” adlandırdığı personajlar yaşayır.

Həmin dövrdən V. Aksyonov və onun əsərlərinin ünvanına tənqid daha da kəskinləşir.

1977-1978-ci illərdə onun əsərləri xaricdə (ilk növbədə ABŞ-da) peyda olmağa başlayandan sonra V. Aksyonovun vəziyyəti daha da çətinləşdi.
1979-cu ildə V. Aksyonov A.Bitov, V. Yerofeyev, F. İsgəndər, E. Popov, B. Axmadulinlə birlikdə “Metropol” almanaxı tərtib etdi. Həmin almanax sosializm realizmindən uzaqlaşan yazıçıları birləşdirirdi. Sovet senzurasından keçməyən almanax ABŞ və Fransada nəşr olunmuşdu.

SSRİ-də o, dərhal hökumətin tənqidinə məruz qaldı, hökumət almanaxı - ədəbiyyatı dövlət ideologiyasının nəzarətindən çıxartmaq cəhdi kimi qiymətləndirdi.
V. Aksyonov SSRİ-nin Yazıçılar Birliyi və Kinomotoqraflar Birliyindən kənarlaşdırıldı. 1980-ci il iyulun 22-də o, ABŞ-a getdi və tezliklə Sovet vətəndaşlığından məhrum oldu.

V. Aksyonovun Rusiyada yazdıqları Vaşinqtonda çap olunur – “Zolotaya naşa Jelezka” (1973,1980), “Ojoq” (1976,1980), “Ostrov Krim” (1979,1981), “Pravo na ostrov” hekayə toplusu (1981).

ABŞ-da V. Aksyonovun yeni romanları buraxılır : “Bumajnıy peyzaj” (1982), “Skaji izyum” (1985), “V poiskax qrustnoqo bebi” (1986), “Moskovskaya saqa” trilogiyası (“Pokoleniye zimı”-1989, “Voyna i tyurma”-1991, “Tyurma i mir”-1993 romanları), “Neqativ polojitelnoqo geroya” hekayələr toplusu (1995), “Novıy sladostnıy stil” (1997), “Kesarevo sveçeniye” (2000).

Mühacirət dövründə yazdığı əsərləri göstərir ki, doğma vətənin taleyi, orada baş verənlər yazıçının diqqət mərkəzində qalmaqdadır.

1990-cı ildə yenidən vətəndaşlıq alan V. Aksyonov Rusiyaya gəlir. Rusiya nəşriyyatlarında onun “Volteryantsı i volteryanki” (2004), “Moskva-kva-kva” (2006) adlı yeni romanları, “Desyatiletiye klevetı” adlı radio oçerklər toplusu buraxılır. Radio oçerklərə onun 10 il ərzində (1981-1991) “Azadlıq” radiosunun rus xidmətində etdiyi çıxışlar daxil edilib.

Vasiliy Aksyonov Fransada “Redkiye zemli” romanı üzərində işi tamamlayır.

ABŞ-da V. Aksyonova “Doctor of Humane Letters” fəxri adı verilir. O, Pen-klub və Amerika müəlliflər liqasının üzvüdür. 1981-ci ildən V. Aksyonov bir sıra ABŞ universitetlərində rus ədəbiyyatı professoru olub.

“Volteryantsı i volteryanki” romanına görə Vasiliy Aksyonov 2004-cü ildə ilin rus dilində yazılmış ən yaxşı romanına görə verilən “Buker-Otkrıtaya Rossiya” mükafatına layiq görülüb.

Yazıçı iyunun 2009-cu il iyunun 6-da vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG