Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:40

Rusiyadan Ermənistana quru yolu bərpa olunur


«Yuxarı Lars» sərhəd-keçid məntəqəsi

«Yuxarı Lars» sərhəd-keçid məntəqəsi

Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze deyir ki, Rusiya ilə «Yuxarı Lars» sərhəd-keçid məntəqəsinin açılması barədə razılıq əldə ediblər. Razılığa görə, həmin keçid məntəqəsi gələn ilin martında açıla bilər.

Rusiyanın «İnterfax» agentliyi xəbər verir ki, iki ölkə arasındakı «Kazbeqi» keçid məntəqəsinin də açılması ehtimalı var.

Məntəqənin açılması üçün bir neçə aydır ki, İsveçrənin vasitəçiliyi ilə Tbilisi, Yerevan və Moskva arasında müzakirələr aparılıb. Həmin məntəqədən əsasən Rusiyadan Ermənistana yüklərin daşınması üçün istifadə olunması nəzərdə tutulur.

Ermənistanın Xarici İşlər Nazirliyindən bu qərarı alqışladıqlarını deyiblər. Amma Gürcüstanın Xarici İşlər nazirinin müavini deyir ki, sərhədin açılması təkcə tranzit üçün deyil. Bu, həm də iki ölkə arasında ticarətin bərpa olunması imkanı yarada bilər:
«Bu məntəqə həm də Gürcüstan vətəndaşları, Gürcüstan yükləri üçün açılır».

«Yuxarı Lars» Rusiya ilə Gürcüstan arasında separatçı Cənubi Osetiya və Abxaziyadan keçməyən yeganə quru yoludur. Moskva keçən il Gürcüstanla qısamüddətli müharibədən sonra həmin separatçıları dövlət kimi tanıyıb. Amma «Yuxarı Lars» bu müharibədən xeyli əvvəl - 2006-cı ildə bağlanmışdı. O zaman Moskva «əsaslı təmir» adı ilə dörd Rusiya zabitinin Gürcüstanda casusluq ittihamı ilə
Tbilisi Beynəlxalq Hava Limanı
həbsinə etiraz olaraq həmin məntəqəni bağlamışdı.

Gürcüstan rəsmiləri o zaman bunu Gürcüstana qarşı sanksiya kimi qiymətləndirmişdi. Çünki həmin keçid məntəqəsi ilə Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları, çaxır və «Borjomi» suları daşınırdı.

Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze deyir ki, artıq Moskvanın bu sanksiyası işləmir. «Yuxarı Lars» keçid məntəqəsinin açılmasında məqsəd təkcə Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana yük daşınması deyil. Keçid həm də Gürcüstandan Rusiya ərazisi ilə başqa MDB ölkələrinə, o cümlədən də Ukraynaya yük daşınması məqsədilə açılır.

«Gürcüstan Hava Yolları» da Rusiyaya uçuşların bərpa olunması xahiş edir. Şirkətin sözçüsü Nino Qiorqobiani bildirib ki, onlar dekabrın 26-dan yanvarın 15-ə qədər Tbilisidən Moskvaya çarter reyslərinin təşkilini də xahiş ediblər və hələlik cavab gözləyirlər.

«Gürcüstan Hava Yolları»nın Moskvaya sonuncu uçuşu keçən il avqustun 8-də olmuşdu. Həmin vaxtdan iki ölkə arasında qısa müharibəyə görə bütün uçuşlar dayandırılıb.

Bu ayın əvvəlində Rusiya prezidenti Dmitri Medvedev Tbilisidən Moskvaya uçuşların bərpasına ciddi maneə görmədiyini bildirib.

Rusiyanın Nəqliyyat Nazirliyində də bildiriblər ki, hazırda Gürcüstan tərəfinin uçuşların bərpası barədə xahişini araşdırırlar.

Amma Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze deyib ki, həmin xahiş Gürcüstan dövlətinin deyil, özəl hava yolları şirkətinindir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG