Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:30

ABŞ Qırğızıstanda jurnalistlərə hücumlardan dərin narahatdır


Qırğızıstandakı ABŞ səfirliyi ölkədə jurnalistlərə amansız hücumların artmasından narahatlıq bildirib.

Bəyanatda xüsusilə prezident Kurmanbek Bakiyevi tənqid edən jurnalist Gennadi Pavlyukun qətlinə toxunulur.

Pavlyuk dekabrın 16-da Qazaxıstanın Alma-Atı şəhəri ətrafında əl-qolu bağlı halda 6-cı mərtəbədən yerə atılıb.

Bəyanat Qırğızıstanın hakim dairələrini təcili istintaq aparmağa çağırır.
XS
SM
MD
LG