Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:37

Qeyri-rəsmi siyahılar rəsmiləşir?


Hələ səsvermə günündən əvvəl bəzi dairələrdə seçiləcək bələdiyyə üzvləri ilə bağlı əvvəlcədən siyahılar dolaşırdı. Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov deyir ki, 59 saylı Salyan Seçki Dairəsində ilkin nəticələr onların əlindəki belə siyahılarla üst-üstə düşür.

Emil Məmmədov
Hüquq müdafiəçisinin deməsinə görə, həmin siyahılar icra orqanı ilə dairə seçki komissiyasında tutulmuşdu və orada bələdiyyə üzvləri seçilməli olan şəxslərin adları əks olunurdu. Emil Məmmədov deyir ki, səsvermədən sonra protokollar məntəqələrdə tərtib edilməli olduğu halda, dairə seçki komissiyalarında hazırlanır. Bu da onun fikrincə, protokolların həmin siyahılara uyğunlaşdırılması məqsədi daşıyır:

«Əslində bu siyahılar əvvəlcədən paylanmışdı. YAP üzvləri də səsverməyə gələnlərə bu siyahıları paylayıb, kimə səs verməyin lazım gəldiyini göstərirdilər. Ancaq səsvermə günü tam istəklərinə çata bilmədilər. Ona görə də dairədə həmin siyahıya uyğun protokollar tuturlar».

VƏTƏNDAŞLIQDAN İMTİNA

Bu dairədən namizədliyini verən bir sıra müxalifət partiyalarının üzvləri həm prezidentə, həm də xarici ölkələrin səfirliklərinə müraciət edərək baş verənlərdən öz narazılıqlarını ifadə ediblər.

Onlardan biri Klassik Xalq Cəbhəsi Partiyasının təmsilçisi Tahir Abbaslı deyir ki, əgər 59 saylı dairədə rəsmi nəticələr ləğv edilməsə, onlar vətəndaşlıqdan imtina edəcəklər:

«Biz Azərbaycandan imtina, siyasi sığınacaq məsələsini qoymuşuq. Əgər xalqın bizə verdiyi səs özümüzə qaytarılmasa, biz ölkə vətəndaşlığından imtina edəcəyik».

SİYAHILARDAN BİXƏBƏRLƏR?

59 saylı Salyan Seçki Dairəsinin sədri Səlamət Kərimov isə deyir ki, hər bir namizədin əlində müxtəlif siyahılar olsa da, bundan həm onların, həm də icra hakimiyyətinin xəbəri yoxdur. Səlamət Kərimov protokolların dairələrdə tərtib edilməsini də qəti inkar edir:

Akif Qurbanov
«Salyan şəhər bələdiyyəsinə 28 nəfər namizədliyini vermişdi, onlardan 15-i seçildi. Kim seçilməyibsə seçkinin nəticələrinə kölgə salır. Bu haqsızlıqdır…»

SEÇKİ YOXSA TƏYİNAT?

«Ümid» Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Akif Qurbanov isə deyir ki, onların əlində bir çox dairələrlə bağlı belə siyahılar var. Bura həm Neftçala, həm də Bakının bir sıra rayonları daxildir. Dekabrın 24-ü günün ikinci yarısı Mərkəzi Seçki Komissiyasına gələn məlumatları analiz edəndə bu siyahıların tamamilə reallıq olduğu üzə çıxır. Akif Qurbanovun fikrincə, bu isə artıq Azərbaycanda bələdiyyə təyinatlarının başa çatdığını göstərir:

«Əlimizdə əvvəlcədən olan bu siyahılardan görünürdü ki, 70 faiz kim olmalıdır, 20 faiz kim, 10 faiz də kim. Artıq siyahılar təsdiqini tapır. 70 faiz hakim partiyadan olur, 20 faiz bitərəflərdən, 10 faiz də müxalifət iddiasında olan müxtəlif partiyalardan. Bu seçki olmadı ki…»

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşı Bəşir Süleymanlı da deyir ki, əslində belə siyahıların mövcudluğu ilə bağlı onlara da şikayətlər gəlib. Bəşir Süleymanlı deyir ki, hətta onlarda məlumatlar var ki, «karusel» əməliyyatlarını da məhz bu siyahıda adları gedən şəxslərin xeyrinə aparıblar.
XS
SM
MD
LG