Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:07

Səsvermədən sonra «Sahil» restoranında


29 saylı Səbail Dairə Seçki Komissiyasının üzvü Məzahir Əliyev
29 saylı Səbail Dairə Seçki Komissiyasının üzvü Məzahir Əliyev
AzadlıqRadiosunun müxbirləri dekabrın 23-ü axşam Dənizkənarı Milli Parkda maraqlı səhnənin şahidi olublar. 29 saylı Səbail Dairə Seçki Komissiyası və həmin dairədəki məntəqə seçki komissiyalarının rəhbərliyi protokollara bənzər sənədlərlə Dənizkənarı Milli Parkdakı Sahil restoranına gəlib.

Hadisə yerində olan müxbirlərimiz komissiya üzvlərinin bəzilərinin əlində MSK simvolları olan torbalar, bəzilərinin isə protokola bənzər olan sənədlərlə restorana daxil olduğunu görüb, onlardan bəziləri ilə söhbət ediblər.
Bəzi komissiya üzvləri buraya sadəcə yemək yeməyə gəldiyini deyib, amma niyə protokollarla gəldiyini və bu saatda sənədlərin niyə dairədə deyil onda olduğunu izah edə bilməyib.
Restoran işçilərindən biri deyib ki, həmin obyekt DSK üzvü Məzahir Əliyevə məxsusdur.

Oraya gələnlər arasında 29 saylı Səbail seçki dairəsinin 25 saylı məntəqə komissiyasının sədri Lalə Abdullayeva, katibi Şərəf Rəşidov, eləcə də eyni dairənin 26 saylı məntəqəsinin katibi Ramiz Təhməzov olublar.
O isə müxbirimizlə söhbətində deyib ki, onun toplantıdan xəbəri yoxdur. Ona da məlumat verilib və gəlib ki, görsün nə baş verir.
Səsvermədən sonra, Sahil restoranında
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

MSK sədri Məzahir Pənahov yekun mətbuat konfransında AzadlıqRadiosunun məsələ barədə sualına cavab verib. O deyib ki, bu barədə MSK-ya məlumat daxil olub, o da maraqlı tərəf də daxil olmaqla iki nəfəri məsələni araşdırmaq üçün hadisə yerinə göndərib. Onlarsa orda heç nəyin baş vermədiyini söyləyiblər.



MSK üzvü Akif Qurbanov məsələni komissiyada özünün qaldırdığını deyib. Onun sözlərinə görə, sonra qərar qəbul edilib ki, Sahil restoranına o getsin. O gedib və hadisə yerində toplantıya gələn komissiya üzvləri ilə rastlaşıb. Məzahir Pənahovun hansı mənbəyə istinadən məlumatların təsdiqlənmədiyini deməsi isə Akif Qurbanov üçün də müəmmalıdır.



Sizcə, 29 saylı Səbail seçki dairəsinin rəsmiləri seçki axşamı "Sahil" restoranında nə edirdilər?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG