Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:30

Prezidentin ad gününə 48 metr uzunluğunda tort


Dekabrın 24-ü Gəncədə prezident İlham Əliyevin anadan olmasının 48-ci il dönümü münasibəti ilə hazırlanan tort kəsilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, Avropanın ən böyük şirniyyatının uzunluğu 48 metr, çəkisi 11 ton olub.

Tortun hazırlanması üçün 3,5 ton un, 3 ton şəkər tozu, 500 kq kərə yağı, 35000 yumurta, 500 kq qoz ləpəsi və digər məhsullardan istifadə olunub. Nəhəng şirniyyatın üzərində prezident İlham Əliyevin anadan olmasının 48 illiyinə həsr olunan kompozisiya, sağ və sol tərəfində isə Gəncənin tarixi memarlıq abidələrinin, şəhərin müxtəlif ərazilərinin təsvirləri öz əksini tapıb.

Tortdan şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və xanımı başda olmaqla, 30000-dən artıq insan dadıb. Tədbirin davamında incəsənət ustalarının ifasında konsert proqramı keçirilib.
XS
SM
MD
LG