Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

Azərbaycan Əfqanıstanda hərbçilərini artıra bilər


Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərin sayını artıra bilər. Bunu parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

NATO xarici işlər nazirlərinin son toplantısında Əfqanıstanda hərbçilərin sayının artırılması təklifi ilə çıxış ediblər.

Əsgərov deyib ki, Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı hələ ki müraciət daxil olmayıb.

"Müraciət olunarsa, Azərbaycan hərbçilərinin Əfqanıstanda sayının artırılması məsələsinə baxıla bilər", vitse-spiker əlavə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 90 sülhməramlısı xidmət edir./Trend/
XS
SM
MD
LG