Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56

Qırğızıstan parlamentinin yeni spikeri seçilib


Dekabrın 24-də Qırğızıstan parlamenti yeni spikerini seçib. Hakim «Ak-Yol» partiyasının irəli sürdüyü 54 yaşlı Zaynidin Qurmanov spiker seçilib. 84 deputat yekdilliklə Qurmanova səs verib.

Hazırkı konstitusiyaya görə prezident Qurmanbey Bakiyev səlahiyyətlərini icra edə bilməzsə bu funksiya spikerin üzərinə keçəcək.

Ancaq yaxın aylarda Qırğızıstanın konstitusiyaya dəyişiklik edəcəyi və bu funksiyanın başqa bir dövlət rəsmisinə veriləcəyi gözlənilir.
XS
SM
MD
LG